ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
"Bayern Münhen"in baş məşqçisi Vensan Kompani Almaniya nəhənginin rəsmi saytına açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, belçikalı mütəxəssis ölkə kubokunun finalı ərəfəsində belə danışıb:
"Hələ bumövsümkü performansımıza yekun qiymət vermək istəmirəm. Çünki qarşıda bizim üçün böyük önəm daşıyan Almaniya Kubokunun finalı var.
Çox qələbələr qazanmışıq, çox emosiyalar yaşamışıq, əksər futbolçularımız inkişaf ediblər. Yenilərdən Luço Dias və Lenart Karl bu mövsüm komandaya yeni nələrsə veriblər. Bu, pozitiv məqamdır. Səviyyəni çox yuxarı qaldırmışıq. Hədəfimiz növbəti mövsüm inkişafa davam etməkdir".
Xatırladaq ki, "Bayern" Almaniya Kubokunun finalında "Ştutqart"la üz-üzə gələcək. Həlledici oyun mayın 23-də keçiriləcək.
Toğrul
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.