Almaniya kansleri Fridrix Merz etiraf edib ki, uşaqlarına təhsil almaq və ya işləmək üçün ABŞ-a getməyi məsləhət görməzdi.
HİT.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Hökumət başçısı Vürsburqda keçirilən Alman katolikləri günündə gənclərlə görüşüb. Tədbir zamanı o, özünü ABŞ-ın böyük pərəstişkarı adlandırsa da, hazırda bu ölkəyə olan heyranlığının “artmadığını” qeyd edib.
“Bu gün mən uşaqlarıma ABŞ-a gedərək orada təhsil almağı və işləməyi tövsiyə etməzdim. Sadəcə ona görə ki, orada qəfil müəyyən ictimai mühit formalaşıb”, deyə siyasətçi bildirib.
Mertsin fikrincə, son dövrlərdə ABŞ-da sosial vəziyyət nəzərəçarpacaq dərəcədə dəyişib. Kansler izah edib ki, hətta ən savadlı insanlar üçün belə orada iş tapmaq son dərəcə çətinləşib.
Aprelin sonunda ABŞ-da Almaniyadakı Amerika hərbi kontingentinin azaldılması ehtimalı gündəmə gətirilmişdi. Məlumata görə, Vaşinqton bir il ərzində təxminən 5 min hərbçini ölkəyə geri qaytarmağı planlaşdırır. Bu vəziyyəti şərh edən Merts bildirib ki, ABŞ-ın bu planlarını Avropanın təhlükəsizliyi üçün həyəcan siqnalı hesab etmir.
Samir