AZ

Yanacaqdoldurma məntəqəsində də üztanıma ilə ödəniş olacaq? - AÇIQLAMA

Xəbər veridiyimiz kimi, “Azərbaycan Dəmir Yolları” QSC və “AzInTelecom” MMC-nin birgə layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə dəmir yollarında üztanıma ilə ödəniş sistemi – “SİMA Pay” tətbiq olunub. Sistem ilkin mərhələdə Bakı və Sumqayıt vağzallarında, eləcə də “Koroğlu” stansiyasında istifadəyə verilib və gələcəkdə bütün dəmir yolu şəbəkəsini əhatə etməsi planlaşdırılır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirdi ki, o, bu təşəbbüsü yüksək dəyərləndirir:

"Artıq bu sistem dünya ölkələri arasında geniş şəkildə müzakirə olunan bir sistemdir. Burada məsələ ondan ibarətdir ki, bu proseslər daha çox insanlarda nəqliyyat vasitələrinin idarə edilməsində sərbəstlik və rahatlıq yaradır. Misal üçün, nəqliyyat vasitəsini idarə edən şəxs, hətta bəzi ölkələrdə yanacaqdoldurma məntəqəsindən belə bu sistem vasitəsilə istifadə edə bilir. Sürət qatarlarında isə bu kimi amillərin nəzərə alınması daha səmərəli və faydalıdır. Amma gələcəkdə "BakıKart"la bağlı tanıma və ödəniş sistemlərində yeni problemlərin yaranmaması vacibdir və arzu edirik ki, əvvəlki problemlər təkrarlanmasın. Nəqliyyat vasitələrinin idarə edilməsi zamanı vətəndaşlarımız heç bir narahatlıqla üz-üzə qalmasın. Ümumilikdə yanaşdıqda, bu, yaxşı və bəyəniləsi bir addımdır, bəyəniləsi bir proqramdır. Buna görə də biz öz növbəmizdə xeyirli olmasını arzulayırıq, uğurlar diləyirik. Düşünürük ki, bu da yaxın vaxtlarda ümumi olaraq böyük bir irəliləyişə və yeniliyə gətirib çıxaracaq".

NURİYYƏ

Seçilən
49
1
redaktor.az

2Mənbələr