Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Karvan-Yevlax”ın baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 32-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyəti belə şərh edib:
"Komandanın Premyer Liqanı tərk edəcəyi dəqiqləşib. Buna görə də futbolçuları motivasiya etmək çox çətin idi.
Onları başa düşürəm. Amma oyuna hazır olmaq üçün çalışdılar. Bilirdik ki, gərgin matç olacaq. Evdə qalib gəlmək istəyirdik. Bunun üçün imkanımız var idi. Hesabda önə keçdik. Xırda səhvlərdən “Qəbələ” bizə qol vurdu. Rəqibi təbrik edirəm. Premyer Liqa səviyyəsində hər detala diqqət etmək lazımdır. Çox məyusam. Amma nə etmək olar? Həyat davam edir. Futbolçular isti havada əziyyət çəkdilər. Hər birinə təşəkkür edirəm."
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.