AZ

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslər üçün mütaliə və mədəniyyət platforması” adlı layihə çərçivəsində ilk işarət dili təlimi keçirilib

12.03.2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Səssiz Ünsiyyət – Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Nitq və eşitmə qabiliyyəti məhdud şəxslər üçün mütaliə və mədəniyyət platforması” adlı layihə çərçivəsində ilk işarət dili təlimi keçirildi.

QHT.az xəbər verir ki, təlim əməkdaşlıq edilən F. Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları üçün təşkil olunub. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Göstərdiyi dəstəyə görə kitabxananın direktoru Şəhla Qəmbərovaya təşəkkür edilib.

Seçilən
26
qht.az

1Mənbələr