AZ

Karrik üçün gözlənilən qərar

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Maykl Karrik “Mançester Yunayted”i böyük ehtimalla gələn mövsüm də çalışdıracaq. Rəhbərlik artıq onunla əməkdaşlığı davam etdirmək qərarına gəlib."Football-plus.az" xəbər verir ki, İngiltərə klubu baş məşqçi vəzifəsini müvəqqəti icra edən Karrikin gələcəyi ilə bağlı gözlənilən qərarı qəbul edib. Məşhur insayder Nikolo Skiranın yaydığı məlumata görə, rəhbərlik 44 yaşlı mütəxəssislə 3 illik yeni müqavilə imzalamağı planlaşdırır. Karrik baş məşqçi vəzifəsində yanvarın 13-dən çalışır. Onun son 4 aydakı fəaliyyəti bosları qane etməyə bilməz. MY hazırda İngiltərə premyer-liqasının turnir cədvəlində 36 oyuna 65 xalla 3-cü yerdədi. Komanda artıq Çempionlar Liqasına vəsiqə qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
1
icma.az

2Mənbələr