Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Sumqayıtda ölümlə nəticələnən hadisə baş verib.
Modern.az xəbər verir ki, şəhərin Corat bağları yaşayış massivində 40 yaşlı kişinin cansız bədəni aşkarlanıb.
Məlumata görə, meyiti tapılan şəxsin 1985-ci il təvəllüdlü Ağayev Niyaməddin Şirvanəli oğlu olduğu müəyyən edilib.
Hadisə yerinə polis əməkdaşları və aidiyyəti qurumların nümayəndələri cəlb olunublar. Meyit ekspertiza üçün təhvil verilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.