AZ

Film çəkilişində Vardi ilə elə zarafat etdilər ki…

“Kremoneze”nin hücumçusu Ceymi Vardi “Netflix” üçün çəkilən sənədli filmdə maraqlı və gülməli epizodun qəhrəmanına çevrilib.

Publika.az xəbər verir ki, filmdə ingilis futbolçu “Lester Siti” ilə qazandığı əfsanəvi İngiltərə Premyer Liqası çempionluğunu xatırlayıb. Söhbət zamanı Vardi pivə içmək istəyib və kadraxası komandadan ona butulka ilə açacaq uzatmağı xahiş edib.

Lakin aksesuar futbolçunun əlinə keçəndə onun kifayət qədər təxribatçı dizayna malik olduğu məlum olub. Ceymi gülümsəməsini gizlətməyib və kameralar qarşısında sakit şəkildə butulkanı açıb.

Bu maraqlı an qısa müddətdə sosial şəbəkələrdə yayılıb və azarkeşlər arasında çoxsaylı zarafatlara səbəb olub.

Seçilən
41
publika.az

1Mənbələr