AZ

İki ölkə razılığa gəldi! Atəşkəs yenidən uzadıldı

İsrail və Livan arasında imzalanan atəşkəs rejimi yenidən uzadılıb.

Turkustan.az xəbər verir ki, ABŞ, Təl-Əviv və Beyrut hökumətləri arasında 17 apreldə 10 gün müddətinə qüvvəyə minən və daha sonra 3 həftə uzadılan müvəqqəti atəşkəsin 45 gün müddətinə uzadıldığını açıqladı. ABŞ Dövlət Departamentinin açıqlamasında "Danışıqlar 2 iyunda yenidən başlayacaq" deyilir.

İsrail ordusu 2 martda Livana intensiv hava hücumları həyata keçirərək ölkənin cənubundakı bir neçə şəhəri işğal etdi. Livan hökuməti bu dövrdə ölkədəki məcburi köçkünlərin sayının bir milyonu keçdiyini açıqladı.

Aprelin 24-də ABŞ prezidenti Donald Tramp Livan və İsrail arasında 17 apreldə qüvvəyə minən 10 günlük müvəqqəti atəşkəsin daha üç həftə uzadıldığını elan etdi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
45
1
turkustan.az

2Mənbələr