AZ

İndi şərait ötən ilkindən daha yaxşıdır Azər Bağırov

Fanat saytına istinadən ain.az xəbər verir.

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Premyer Liqanın 32-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyəti belə şərh edib:

"Mövsümün son notlarıdır. Premyer Liqadakı yerimizi təmin etdiyimizə görə bu gün heyətdə bəzi dəyişikliklər etdik, gənc oyunçulara şans verdik. "Azar-Naxçıvan"ı təbrik edirəm. Növbəti oyun "Neftçi"yə qarşıdır. Onlarla görüş həmişə maraqlı olur. Düşünürəm ki, futbolçuları həmin matça kökləndirmək çətin olmayacaq. Son qarşılaşmada azarkeşlərimiz önündə yaxşı oyun nümayiş etdirmək istəyirik. Bu mövsümü dəyərləndirsən, indi şərait ötən ilkindən daha yaxşıdır. Mənə elə gəlir ki, ildən ilə struktur, şərait baxımından futbolçular üçün daha yaxşı olmalıdır ki, inkişaf, nəticə olsun".

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
fanat.az

2Mənbələr