AZ

Hər gün yeyilən populyar qidalar xəstəlik mənbəyi çıxdı

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Uşaqların gündəlik qəbul etdiyi kalorinin 30 faizdən çoxunun ultraemal olunmuş qidalardan ibarət olması astma riskini təxminən dörd dəfə artırır.Demokrat.az xəbər verir ki, bu nəticə "Allergy" jurnalında dərc olunan araşdırmada yer alıb.Tədqiqatçılar İspaniyada yaşayan təxminən 700 uşağı orta hesabla 3,4 il ərzində müşahidə ediblər. Valideynlər uşaqların qidalanması barədə ətraflı məlumat verib, alimlər isə ultraemal olunmuş məhsulların gündəlik rasiondakı payını analiz ediblər.Araşdırmada şirin səhər yeməyi lopaları, qazlı içkilər, paketlənmiş qəlyanaltılar, fastfud və sənaye üsulu ilə emal olunan digər məhsullar ultraemal olunmuş qidalar kimi qiymətləndirilib.Nəticələr göstərib ki, bu tip qidaların istifadəsi artdıqca, məktəb yaşına çatmamış uşaqlarda astma yaranma ehtimalı da yüksəlir. Ən çox ultraemal olunmuş qida qəbul edən uşaqlarda xəstəliyin inkişaf riski digər uşaqlarla müqayisədə təxminən dörd dəfə çox olub.Bununla yanaşı, alimlər həmin qidalarla digər allergik xəstəliklər arasında əlaqə aşkar etməyiblər. Tədqiqat müəlliflərinin fikrincə, ultraemal olunmuş məhsullar orqanizmdə iltihab proseslərini gücləndirərək tənəffüs yollarına və ağciyərlərə mənfi təsir göstərə bilər.Mütəxəssislər hesab edir ki, uşaqların qida rasionunda bu tip məhsulların məhdudlaşdırılması astmanın qarşısının alınmasına kömək edə bilər.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
demokrat.az

1Mənbələr