AZ

Hava limanındakı hərəkətinə görə turistin ölkəyə girişi qadağan edildi

Turist Tailand aeroportundakı nəzarət məntəqəsində qarışıqlıq salıb və ölkəyə giriş hüququnu itirib
Baqkokdakı Suvarnabhumi hava limanında baş verən insidentdən sonra çinli turistə Tailanda giriş ömürlük qadağan edilib.

Bizim.Media xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) qəzeti yazır.

Tailand mediasının məlumatına görə, mayın 13-də 30 yaşlı kişi avtomatlaşdırılmış pasport nəzarəti sistemindən düzgün istifadə edə bilməyib. Belə ki, turist gediş sənədini oxuyucu cihaza vurub, daha sonra isə avtomat qapını təpikləyərək güclə oradan keçib.
 

İmmiqrasiya xidmətinin əməkdaşları icazəsiz şəkildə nəzarət-buraxılış məntəqəsini keçən şəxsi saxlayıblar. Bu zaman o, həyat yoldaşı onu kənara çəkənə qədər işçilərin ünvanına çin dilində təhqirlər yağdırmağa başlayıb.


Çinli vətəndaş 480 min bat (təxminən 22 500 manat) məbləğində dövlət əmlakına ziyan vurmaqda, vəzifəli şəxsləri təhqir etməkdə və pasport nəzarətindən qanunsuz keçməkdə ittiham olunub. Nəticədə turistə Tailanda gəlmək qadağan edilib.

Bizim.Media

Seçilən
27
1
bizim.media

10Mənbələr