AZ

Çindən İranla bağlı çağırış

Çin Xalq Respublikası Xarici İşlər Nazirliyi İran ətrafında yaranmış böhranla bağlı rəsmi bəyanat yayıb.Metbuat.az xəbər verir ki, Pekin bəyanatında regiondakı münaqişənin diplomatik yolla nizama salınmasının vacibliyini diqqətə çatdırıb. Nazirliyin açıqlamasında qeyd olunub ki, mövcud gərginliyin daha da uzanması heç bir tərəfə fayda vermir və heç kimin maraqlarına xidmət etmir. Rəsmi Pekin vurğulayıb ki, sabitliyin dərhal bərpa olunması həm ABŞ və İranın, həm region ölkələrinin, həm də bütövlükdə qlobal birliyin xeyrinədir.

Çin tərəfi kəskin mövqe nümayiş etdirərək əlavə edib ki, əslində bu münaqişənin ortaya çıxması başlanğıcdan bəri tamamilə yanlış bir proses olub.

Seçilən
20
metbuat.az

1Mənbələr