AZ

Bu ölkədə Ebola epidemiyası elan edildi

Uqanda Səhiyyə Nazirliyi Ebola epidemiyası elan edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Daily Monitor" qəzeti məlumat yayıb .

Məlumata görə, virus Uqandaya Konqo Demokratik Respublikasından daxil olub.

Daha əvvəl Konqo Demokratik Respublikasında Ebola epidemiyası qeydə alınmışdı . Epidemiya Monqvalu və Rvampara rayonlarında qeydə alınıb.

Ebola kəskin, yüksək yoluxucu və ölümcül virus xəstəliyidir. Ştammdan asılı olaraq, yoluxma hallarının 30-90%-də ölümcül olur.

Ebola virusu vəhşi heyvanlardan keçir və sonra insanlara yayılır. Ebolanın ilkin simptomlarına qızdırma, əzələ ağrıları, baş ağrısı və boğaz ağrısı daxildir.

Elvin

Ölkə.az

Seçilən
32
1
olke.az

10Mənbələr