AZ

“Şəhərlərdə dayanıqlı həyat tərzinin və ictimai iştirakın formalaşmasında ekoloji maarifləndirmənin rolu” mövzusunda dəyirmi masa keçirilib

WUF13 – Ümumdünya Şəhərsalma Forumu çərçivəsində 15 may 2026-cı il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Şəhərlərdə dayanıqlı həyat tərzinin və ictimai iştirakın formalaşmasında ekoloji maarifləndirmənin rolu” mövzusunda dəyirmi masa təşkil olunub.


Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, millət vəkilləri Fatma Yıldırım, Vüqar Rəhimzadə, Rövşən Muradov, Nigar Arpadarai, Bədəl Bədəlov, eyni zamanda qeyri-hökumət təşkilatlarının nümayəndələri və ekspertlər iştirak ediblər. 
Çıxışlarda şəhərlərdə ekoloji düşüncənin formalaşdırılması, dayanıqlı həyat tərzinin təşviqi və ictimai iştirakçılığın artırılmasının ətraf mühitin qorunması baxımından əhəmiyyəti,  eləcə də ekoloji təhsil və maarifləndirmə sahəsində effektiv yanaşmalar, gənclərin və yerli icmaların bu prosesdə rolu vurğulanıb. 
Ekoloji maarifləndirmənin genişləndirilməsi, gənclərin ekoloji təşəbbüslərdə iştirakının artırılması, inklüziv iştirakçılığın təşviqi və iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşma məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun, “Təmiz Şəhər” ASC-nin, “Ekosfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri təqdimatlarla çıxış ediblər.
Seçilən
19
2
ekologiya.az

3Mənbələr