AZ

Putin imzaladı – minlərlə insan Rusiya vətəndaşı ola biləcək

Rusiya prezidenti Vladimir Putin separatçı Dnestryanı bölgəsinin sakinləri üçün Rusiya vətəndaşlığının alınması prosedurunu sadələşdirib.

Musavat.com xəbər verir ki, yeni qaydalara əsasən, bölgədə yaşayan yetkin şəxslər Rusiya vətəndaşlığı almaq üçün yalnız ərizə təqdim etməklə müraciət edə biləcəklər.

Bunun üçün əvvəlki kimi ölkədə uzunmüddətli yaşayış, rus dili biliyi və bir sıra digər standart tələblər tələb olunmayacaq.

Qərarın separatçı Dnestryanı bölgəsində yaşayan şəxslərə şamil olunduğu bildirilir.

 

Musavat.com

Seçilən
81
musavat.com

1Mənbələr