AZ

Evlilik təklif edərkən vulkan püskürdü Video

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qvatemalada bir cütlüyün evlilik təklifi anı sosial şəbəkələrdə gündəm olub.

“Qafqazinfo” xəbər verir ki, gənc arxa fonda yerləşən Fueqo vulkanı qarşısında sevgilisinə evlilik təklifi edib.

Kadrlarda oğlan bir dizinin üzərinə çökərək üzüyü təqdim etdiyi anda vulkanın püskürdüyü görünür. Sanki əvvəlcədən planlaşdırılmış səhnəni xatırladan görüntülər izləyicilərin marağına səbəb olub.

Sosial mediada yayılan videoya çox sayda şərh gəlib. İstifadəçilər hadisəni “bütün zamanların ən təsirli nişan səhnələrindən biri” adlandırıblar.

Qeyd edək ki, Fueqo vulkanı Mərkəzi Amerikanın ən aktiv vulkanlarından biri hesab olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
1
qafqazinfo.az

2Mənbələr