AZ

Babasının meyiti ilə tiktok çəkdi

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İnternet platformalarında fəaliyyət göstərən şəxsin babasının dəfn mərasimində çəkdiyi videolar kəskin etirazlara səbəb olub. Gənc qızın tabut başında nümayiş etdirdiyi hərəkətlər qısa müddətdə geniş müzakirələrə yol açıb.Demokrat.az xəbər verir ki, bunu izləyicilər internet şəbəkələrində kəskin tənqid ediblər. "TikTok" platformasında fəaliyyət göstərən şəxsin matəm günü geyimini nümayiş etdirməsi və tabut yanında müxtəlif pozlar verməsi insanları hiddətləndirib. Cəmiyyətin böyük bir qismi bu görüntüləri dünyasını dəyişən şəxsə və yaxınlarının kədərinə qarşı böyük hörmətsizlik kimi qiymətləndirib.Musiqi sədaları altında paylaşılan görüntülər digər platformalara da yayıldıqdan sonra etiraz dalğası daha da böyüyüb. İzləyicilər gənclər arasında mənəvi dəyərlərin itməsini və yas mərasiminin maraq obyektinə çevrilməsini kəskin pisləyiblər. Gələn yüzlərlə mənfi rəyə baxmayaraq, həmin şəxs reaksiya verməyib.Aytən

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
demokrat.az

1Mənbələr