AZ

“Mercedes-Benz” müdafiə sənayesinə daxil olmaq niyyətini açıqlayıb

Bakı, 16 may, AZƏRTAC

Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz” müdafiə sənayesi bazarına daxil olma ehtimalını istisna etməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin baş direktoru Ola Kallenius “The Wall Street Journal”a müsahibəsində bildirib.

“Dünya getdikcə daha gözlənilməz olur. Məncə, Avropa müdafiə qabiliyyətini gücləndirməlidir. Əgər biz bu prosesdə rol oynaya bilsək, bunu etmək istərdik”, - deyə o vurğulayıb.

Kallenius qeyd edib ki, müdafiə sahəsi ilə bağlı istehsal şirkətin minik və yük avtomobilləri biznesi ilə müqayisədə fəaliyyətinin kiçik hissəsini təşkil edəcək.

Bundan əvvəl “Der Spiegel” jurnalı Almaniya–Fransa müdafiə şirkəti KNDS-in “Mercedes-Benz”lə Berlinin cənubundakı Lüdviqsfeld şəhərində yerləşən zavodun alınması ilə bağlı danışıqlar apardığını yazmışdı.

Seçilən
51
3
azertag.az

5Mənbələr