AZ

Bu dərmanı qəbul edən 20 nəfər öldü

Yaponiyanın “Kissei Pharmaceutical” şirkəti vaskulitin müalicəsində istifadə olunan “Tavneos” preparatını qəbul edən 20 pasiyentin ölüm halının qeydə alındığını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə şirkət rəsmi məlumat yayıb.

Bildirilib ki, bütün hallarda ölümün birbaşa dərmanla əlaqəli olduğu tam təsdiqlənməyib.

Şirkət ağır qaraciyər zədələnməsi hallarının aşkarlanması səbəbindən tibb müəssisələrinə yeni pasiyentlər üçün preparatın təyin edilməsindən çəkinməyi tövsiyə edib.

Məlumata görə, “Kissei Pharmaceutical” yaranmış vəziyyətlə bağlı Yaponiya Səhiyyə Nazirliyi ilə məsləhətləşmələr aparır.

Seçilən
47
publika.az

1Mənbələr