AZ

“ABŞ və Çin liderləri İranın ram edilməsində ortaq məxrəcə gəliblər...” Heydər Oğuz

Moderator.az saytına istinadən ain.az xəbər verir.

“Fikrimcə, neft kəsintisindən əziyyət çəkən Qərb və körfəz ölkələri də məcburən bu müharibəyə cəlb olunacaqlar. Artıq bunun ilk əlamətləri də görünür...”

"Böyük Britaniya, Fransa və Almaniya öz hərbi gəmilərini Hörmüz boğazına göndərib. Bundan əlavə, İsrailin yenidən Qəzza şəridində yeni hərbi əməliyyatlara başladığı barədə də məlumatlar gəlməkdədir. Belə anlaşılır ki, Fars körfəzi tikan üstündə oturub və hər an geniş miqyaslı hərbi əməliyyatlar başlaya bilər”.

“Trampın Çinli həmkarı Si Cinpinlə görüşündə əsasən iki dövlət arasındakı iqtisadi münasibətlər müzakirə olundu. Düzdür, bu münasibətlər çərçivəsində qlobal problemlər də masaya yatırıldı. Amma qəribədir ki, həm Si Cinpinin, həm də Donald Trampın xalqa açıq çıxışlarında Rusiyanın adı çəkilmədi. İki liderin İranı da müzakirə etdiklərini isə Trampın səfər sonrasında verdiyi açıqlamalardan anlayırıq. Maraqlıdır ki, Çin tərəfi bu barədə də susur. Görüşdə İranla bağlı müzakirələrin də aparıldığını biz Çinin rəsmi informasiya kanalı olan “Xinhua” nəşrində dərc edilən informasiyadakı bu cümlədən anlaya bilərik: “Tərəflər həmçinin bəzi regional qaynar məsələlər barədə də fikir mübadiləsi aparıblar”. Bu faktlar göstərir ki, Çin liderinin gündəliyində Rusiya-Ukrayna məsələsi, ümumiyyətlə, yer almayıb, İran mövzusunda isə ortaq məxrəcə gəlinib. Bu da istər-istəməz Trampın İranla bağlı dediklərini dolayısıyla təsdiqləyir”.

Siyasi şəhrçi Heydər Oğuz bu fikirləri Moderator.az-a açıqlamasında “Trampın Çin səfərinin nəticələrini Ukrayna, İran savaşı və ümumiyyətlə, dünya üçün necə dəyərləndirirsiz?” sualını cavablandırarkən  ifadə edib.

O, xatırladıb ki, Tramp çinli həmkarı ilə görüş barədə açıqlamalarında Si Cinpinin ona İranı silahla təchiz etməyəcəyinə dair söz verdiyini bildirib: 

“Tramp həmçinin qeyd edib ki, Çin Hörmüz boğazının açılmasını, gəmilərdən xərac alınmamasını da dəstəkləyib. Bunlar əslində ABŞ-ın da İranla bağlı strategiyasına uyğundur. Trampın iddialarının Çin tərəfindən təkzib olunmaması onu göstərir ki, iki lider İranın ram edilməsində ortaq məxrəcə gəliblər. Bu isə Trampın İran müharibəsini davam etdirəcəyi ehtimalını gücləndirir. ABŞ-İran müharibəsinin davam etdirilməsinin dünya iqtisadiyyatına ciddi təsirləri olacağından xəbər verir. Çünki bu müharibə istər-istəməz neftin qiymətinin bahalaşmasına və ya indiki səviyyədə qalmasına yol aça bilər. Enerji sahəsində bu qiymət artımı digər sənaye məhsullarının da bahalaşması anlamına gəlir”.

Analitikin fikrincə, ABŞ-ın Fars körfəzində yaratdığı böhranın tək hədəfi İran da deyil: 

“Əslində bu müharibə digər körfəz dövlətlərini, sənayesi körfəz neftindən asılı olan Avropanı da hədəfə alır. Fikrimcə, neft kəsintisindən əziyyət çəkən Qərb və körfəz ölkələri də məcburən bu müharibəyə cəlb olunacaqlar. Artıq bunun ilk əlamətləri də görünür. Məlum olduğu kimi, bir sıra körfəz ölkələri İrana qarşı hərbi əməliyyatlara hazırlaşır, hətta bu istiqamətdə ilk addımlarını atıb. Eyni şəkildə Böyük Britaniya, Fransa və Almaniya öz hərbi gəmilərini Hörmüz boğazına göndərib. Bundan əlavə, İsrailin yenidən Qəzza şəridində yeni hərbi əməliyyatlara başladığı barədə də məlumatlar gəlməkdədir. Belə anlaşılır ki, Fars körfəzi tikan üstündə oturub və hər an geniş miqyaslı hərbi əməliyyatlar başlaya bilər”.

Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
1
moderator.az

1Mənbələr