İsveçrənin Federal Kəşfiyyat Xidməti məşhur nasist müharibə cinayətkarı Yosef Menqele ilə bağlı uzun müddətdir bağlı olan faylları nəhayət açacağını bildirib, lakin nə vaxt açılacağını dəqiqləşdirməyib.
Publika.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.
Menqele İkinci Dünya Müharibəsindən sonra Avropadan qaçıb, lakin uzun illər onun həbsi üçün beynəlxalq order verilməsinə baxmayaraq, bir müddət İsveçrədə qaldığı barədə şayiələr gəzirdi.
Tarixçilər dəfələrlə arxivlərə giriş üçün müraciət etsələr də, İsveçrə hakimiyyəti bu günə qədər bundan imtina edib. Menqele Alman SS-də xidmət etmiş həkim idi.
O, nasistlər tərəfindən işğal edilmiş Polşadakı Auşvitz ölüm düşərgəsinə göndərilibi və orada təxminən bir milyon yəhudi də daxil olmaqla 1,1 milyon insanın öldüyü qaz kameralarına göndəriləcək şəxsləri seçib.