AZ

Gəncədə Kamazın qoşqusu aşıb, yük yerində olan qum yola dağılıb

Gəncədə yol qəzası olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Atabəylər prospektində qeydə alınıb. Belə ki, prospektlə hərəkətdə olan Kamaz markalı yük maşını yolun yoxuş hissəsinə qalxan zaman qoşqusu aşıb. Nəticədə, yük maşınının qoşqu yerində olan qum yolun hərəkət hissəsinə dağlıb. Avtomobilərin hərəkətində çətinlik yaranıb. Əraziyə polis və aidiyyatı qurumların əməkdaşları cəlb edilib, yolda hərəkət bərpa edilib.

Baş verən hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Gəncədə Gəncədə Gəncədə Gəncədə
Seçilən
70
6
apa.az

7Mənbələr