AZ

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Əməkdaşlıq Forumu keçirilir

Bu gün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Əməkdaşlıq Forumu keçirilir.

“İki sahil” xəbər verir ki, forumda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin QHT nümayəndələri, dövlət qurumlarının təmsilçiləri, ekspertlər və ictimai fəallar iştirak edirlər.

Tədbirin əsas məqsədi türk dünyasında vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişləndirilməsi, ortaq layihələrin təşviqi, humanitar, sosial, mədəni və ictimai istiqamətlər üzrə birgə fəaliyyət imkanlarının müzakirəsidir.

Seçilən
61
2
ikisahil.az

3Mənbələr