AZ

BƏƏ İranın iddialarını rədd etdi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın Əbu-Dabi hökumətinin ABŞ və İsrailin İrana hücumu ilə başlayan müharibədə "aktiv rol" oynadığına dair ittihamlarını rədd edib.

Turkustan.az xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyi, BƏƏ-nin dövlət naziri Xəlifə bin Şahin Əl-Məririn Hindistanın Yeni Dehli şəhərində keçirilən BRICS xarici işlər nazirlərinin sammitindəki çıxışı ilə bağlı yazılı açıqlama yayıb.

Bəyanata görə, nazir Merir iclasdakı çıxışında İranın BƏƏ-yə və regiondakı bəzi ölkələrə qarşı hücumlarının Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin, beynəlxalq hüququn və mehriban qonşuluq prinsiplərinin açıq şəkildə pozulması olduğunu bildirib.

Merir, BƏƏ-nin ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibədə "aktiv rol oynadığı" ilə bağlı bütün iddiaları və təhdidləri qəti şəkildə rədd etdiklərini bildirdi və ölkəsinin suveren hüquqlarını hər hansı bir təhdidə qarşı qorumaq üçün lazımi diplomatik, hüquqi və hərbi hüquqlara malik olduğunu vurğula

Aytən Yaşar/ Turkustan.az

Seçilən
35
50
turkustan.az

10Mənbələr