AZ

BOKT “International” ASC Ulu Öndərin xatirəsinə həsr edilmiş ağacəkmə aksiyası keçirdi Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə BOKT “International” ASC-nin rəhbər şəxsləri və əməkdaşlarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir çərçivəsində Ulu Öndərin əziz xatirəsinə ithaf olunaraq 103 ağac əkilib.

Aksiyanın keçirilməsində məqsəd ətraf mühitin qorunmasına töhfə vermək, yaşıllıqların artırılmasına dəstək olmaq, eyni zamanda ümummulli liderin zəngin irsinin daim yaşadılmasına öz töhfəmizi verməkdir.

Sonda aksiya iştirakçıları ağaclara qulluq göstərilməsi, yaşıllıqların qorunması və ekoloji dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyi ilə bağlı fikirlərini bölüşüblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
qafqazinfo.az

1Mənbələr