AZ

Dünya Seriyası: "Neftçi" bu gün 2 oyun keçirəcək

Bu gün Çinin Şanxay şəhərində Qadınlar arasında 3x3 Basketbol üzrə Dünya Seriyasının 3-cü mərhələsi başlayır.

Fanat.Az xəbər verir ki, Azərbaycanı bu mərhələdə "Neftçi"nin Dina Ulyanova, Aleksandra Mollenhauer, Aoi Katsura və Brianna Fraserdən təşkil olunan komandası təmsil edir.

D qrupunda yer alan "ağ-qaralar" bir qədər sonra Taylandla üz-üzə gələcək. Görüş saat 11:25-də start götürəcək.

Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv ikinci görüşdə (13:30) Niderlandın "Amsterdam" komandası ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, Dünya Seriyasının Şanxay mərhələsinə mayın 17-də yekun vurulacaq. Qruplarında 1-ci və 2-ci yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.  

Seçilən
5
fanat.az

1Mənbələr