ABŞ prezidenti Donald Trampın oğlu Erik, Ağ Evin keçmiş mətbuat katibi Jen Psaki və “MS Now” televiziya kanalını böhtan atmaqda ittiham edib.
“İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, “MS Now”dakı verilişində Psaki, Erikin atasının Çinə kommersiya məqsədləri ilə etdiyi son səfərdə ona qoşulduğunu iddia edib.
Erik Tramp sosial şəbəkədə yazıb: "Mən Jen Psaki və “MS Now”u məhkəməyə vermək niyyətindəyəm. Mənim Çində heç bir kommersiya marağım yoxdur."
Amerika liderinin oğlu atasına dəstək olmaq üçün Çinə "inanılmaz bir anda" getdiyini və Donald Trampın Çin prezidenti Si Cinpinlə danışıqları zamanı Erikin həyat yoldaşı ilə birlikdə Böyük Çin Səddini ziyarət etdiyini vurğulayıb.
Xatırladaq ki, ABŞ lideri Çinə 13 mayda gəldi və dövlət səfəri 15 mayda başa çatıb.
I intend to sue @jrpsaki and @MSNOWNews over the below clip. To be clear:
— Eric Trump (@EricTrump) May 15, 2026
• Contrary to her monolog and blatant lies, I have NEVER been on the board of ALT5 — not now, not ever. Any person with basic access to Google and willing to open a company’s annual report or proxy…
Məhərrəm Ağalaroğlu, “İki sahil”