Naxçıvanın növbəti məktəblisi uğurlu nəticə əldə edib.
Bu barədə AzEdu.az-a naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyidən məlumat verilib.
Belə ki, Dövlət İmtahan Mərkəzinin 19 aprel 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanında Ordubad rayonunun Düylün kənd tam orta məktəbinin məzunu Əhməd Hüseynov müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak edərək maksimum nəticə- 300 bal toplayıb.
Qeyd edək ki, Əhməd riyaziyyat və Azərbaycan dili fənlərinin hər birindən 100 bal əldə edib. Məktəbdə əsas xarici dil rus dili olsa da, o əlavə olaraq ingilis dili fənni üzrə də imtahanda iştirak edərək maksimum nəticə göstərib.