AZ

“Sabah”ın kuboklar qazanmağa başlamasına çox sevinirəm”

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Sabah” bu mövsüm “qızıl dubl” edib. “Bayquşlar” Azərbaycan Premyer Liqasının və ölkə kubokunun qalibi olub.

“Futuristlər”in sabiq futbolçusu Filib İvanoviç “Futbolpress.az“a açıqlamasında keçmiş komandasının uğurlarını şərh etdi:

“Sabah”ın kuboklar qazanmağa başlamasına çox sevinirəm. Komanda bu mövsüm çempionatda bütün rəqiblərini üstələməyi bacardı və möhtəşəm oyunlar oynadılar. Azərbaycan liqasını vaxt olduqca izləyirəm və onlar, həqiqətən, layiqli çempion oldular”.

Hazırda Özbəkistanda “Soqdiana” klubunda çıxış edən müdafiəçi “Sabah”ın Çempionlar Liqasındakı çıxışından gözləntilərini bölüşdü:

“Komanda tarixində ilk dəfə böyük turnirdə mübarizə aparacaq. Onların mərhələ keçmək potensialları var. Düzdür, “Qarabağ”ın uğurlarını təkrarlamaq çətin olacaq, amma futbolda hər şey mümkündür. “Sabah”da çoxlu dostlarım var və onlarla imkan olduqca danışırıq. Hər birinə uğurlar arzu edirəm. Bu klubda keçirdiyim illərə görə çox xoşbəxtəm”.

Serbiyalı oyunçu 2018-2021-ci illərdə “Sabah”ın formasını geyinib. O, “futuristlər”lə 59 oyunda meydana çıxıb və 2 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
futbolpress.az

1Mənbələr