ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Bir neçə gündür, sosial şəbəkələrdə 271 saylı orta məktəbdə bir şagirdin digərini döyərək videoya çəkib paylaşması müzakirə olunur.Demokrat.az SAVASHMEDİA.az-a istinadən xəbər verir ki, yazıçı Kəramət Böyükçöl sözügedən olayla bağlı fikirlərini bölüşüb.Orta məktəbdə oxuyarkən özünün də döyüldüyünü xatırladan yazarın paylaşımını təqdim edirik:"271 saylı orta məktəbdə təhsil alan bir şagird digər şagirdlərə qarşı fiziki zorakılıq etdiyi videoya baxdım. Özündən bir az zəif şagirdi basır yumruğun, şillə-təpiyin altına, döyür. Mənə çox pis təsir elədi. O uşağın təhsil ocağında belə bir hərəkət etməyinin hüquqi məsuliyyəti varmı, varsa nədən ibarətdir, bilmirəm. Amma elə xarakter var ki, həyat onu cəzasız qoymur. Həyat o yumruq atan uşağın da cəzasını verəcək. Yadıma gəlir, məni də məktəbdə elə döymüşdülər. Həmin döyən şagird 15 il sonra narkotikdən öldü. Özü də zarıya-zarıya, sürünə-sürünə, yerinə s*ça-s*ça, şalvarına iş*yə-iş*yə öldü".Demokrat.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.