Volodin qeyd edib ki, bu proses Ermənistan üçün "ən böyük itkiyə - milli birliyin itirilməsinə" gətirib çıxara bilər. O, vəziyyəti 2014-cü ildə Ukraynada baş verən hadisələrlə müqayisə edib, həmçinin Baltikyanı ölkələrin Aİ-yə inteqrasiyasını nümunə göstərərək onların bundan sonra daha xoşbəxt olmadığını vurğulayıb.
Rusiya rəsmisinin sözlərinə görə, 2025-ci ildə Ermənistanla Rusiya arasındakı ticarət dövriyyəsi 45,4 faiz azalıb və bu mənfi tendensiya davam edir. O bildirib ki, Rusiyadan Ermənistanda fəaliyyət göstərən bəzi sahibkarlar bizneslərini bağlayaraq ölkəni tərk edirlər.
Volodin həmçinin iddia edib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması ölkəyə ÜDM-in 15-20 faizi həcmində, yəni ən azı 5 milyard dollar zərər vura bilər. Onun fikrincə, ölkədə Qərb liberal dəyərlərinin təşviqi və kilsəyə qarşı təzyiqlər də müşahidə olunur.