AZ

Keçmiş tələbələri Tofiq Rüstəmovun xatirəsini belə yad etdilər – FOTO

Tofiq Rüstəmovun anadan olmasının 90 illiyi münasibətilə Bakı Dövlət Universitetində anım tədbiri keçirilib.

Bizim.Media xəbər verir ki, 1979–1988-ci illərdə universitetin jurnalistika fakültəsinin dekanı olmuş professorun xatirəsinə həsr edilən tədbirdə fakültənin professor-müəllim heyəti, keçmiş məzunlar və tələbələr iştirak ediblər.

Yubiley tədbiri mərhum alimin keçmiş tələbələrinin onunla bağlı səmimi və kövrək xatirələri ilə yadda qalıb. Tədbirin aparıcısı professor Qulu Məhərrəmli də Tofiq Rüstəmovla bağlı xatirələrini bölüşüb.
 

Jurnalistika fakültəsinin məzunları Tofiq Abbasov, Faizə Mehdiyeva, Afaq Vasifqızı, Tamella Həmidqızı, Vüqar Səlimov, Südabə Ağabalayeva və başqaları çıxış edərək, Tofiq Rüstəmovun onların jurnalist kimi formalaşmasında göstərdiyi xidmətlərdən danışıblar.


Tədbirdə çıxış edən Tamella Həmidqızı maraqlı təkliflə çıxış edib. O bildirib ki, Tofiq Rüstəmovun tələbələrinin xatirələrindən ibarət kitab hazırlanmalıdır. Təklif iştirakçılar tərəfindən müsbət qarşılanıb.

Sonda professorun oğlu Abbas Rüstəmov və qızı Sevinc Məmmədova atalarının xatirəsini əziz tutan bütün tələbələrə və tədbir təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.



















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
2
1
bizim.media

10Mənbələr