AZ

“Neftçilər kruqu”əslində necə adlanır?

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Dakar meydanı" Bakının Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin kəsişməsində, "Neftçilər kruqu" kimi tanınan ərazidə yerləşir.

Milli.Az xəbər verir ki, meydanın mərkəzində qoyulan abidə iki şəhərin - Bakı ilə Seneqalın (Qərbi Afrika) paytaxtı olan Dakarın qardaşlaşmasının simvoludur.

Bu dostluğun təməli 1967-ci ildə, Bakının nümayəndə heyəti Dakarda səfərdə olanda qoyulub. 14 iyun 1970-ci idə "Azərbaycanın paytaxtı Bakı şəhəri ilə Seneqal Respublikasının paytaxtı Dakar şəhərlərinin qardaşlaşması haqqında" saziş imzalanıb. Dakar Bakı ilə qardaşlaşmış ilk şəhər olub və həmin vaxtdan bu meydan onun adını daşıyır.

Ayxan

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
78
news.milli.az

1Mənbələr