Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Kubokunun finalından əvvəl komandasının son 10 ildə qazandığı titulların sayını hesablayıb.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssisin fikirlərini tanınmış insayder Fabritsio Romano belə təqdim edib:
"10 ildə 19 titul - Pis deyil... Mənim təqaüdə çıxmağımı gözləməyə ehtiyac yoxdur. 20-ci titulu qazanmaq yaxşı olardı".
Qeyd edək ki, "Siti" "Çelsi" ilə final oyununu bu gün - mayın 16-da keçirəcək. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
"Şəhərlilər"in Premyer Liqanı qazanmaq şansı da hələ var.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.