AZ

Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanından nümayəndə heyəti ilə görüşüb

BAKI, 16 may. TELEQRAF

Bu gün Azərbaycan Respublikasının baş nazirinin müavini, Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı Birgə hökumətlərarası Komissiyanın həmsədri Samir Şərifov Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasında Səudiyyəiştirak üçün Bakıya gəlmiş nümayəndə heyətinin rəhbəri, Bələdiyyələr və mənzil naziri Məcid bin Abdullah əl-Hogaili ilə görüşüb.

Görüş zamanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsindən və Səudiyyə Ərəbistanının Forumda iştirakından məmnunluq ifadə olunub.

İki ölkə arasındaiqtisadi əməkdaşlığın hazırkı vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib.

Müasir şəhərsalmaya dair məsələlər və Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadi münasibətlərin perspektivinə dair fikir mübadiləsi aparılıb.

Seçilən
31
19
teleqraf.com

10Mənbələr