AZ

Stavropol OD İÇİNDƏ, Ukrayna rus şəhərlərini DAĞIDIR-TV Musavat-Canlı debat  


Rusiyanın Stavropol diyarında yerləşən strateji kimya müəssisəsi – EuroChem holdinqinə daxil olan “Nevinnomıssk Azot” zavodunun növbəti dəfə pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığı bildirilir.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları hücumu təsdiqləsə də, zavodun zərər görməsi barədə rəsmi məlumat verməyib. Stavropol diyarının qubernatoru Vladimir Vladimirov bildirib ki, hava hücumundan müdafiə qüvvələri Nevinnomıssk yaxınlığında PUA hücumunun qarşısını alıb, “yer üzərində dağıntı və xəsarət alan yoxdur”. Bununla belə, sosial şəbəkələrdə və Rusiya teleqram kanallarında yayılan görüntülərdə şəhərin sənaye zonasında güclü yanğının baş verdiyi görünür. Ukraynaya yaxın monitorinq kanalı Exilenova+ və bir sıra rusiyalı hərbi blogerlər hücumun məhz “Nevinnomıssk Azot” kimya kombinatını hədəf aldığını iddia ediblər. Yerli sakinlərin çəkdiyi videolarda müəssisənin üzərində alov və tüstü müşahidə olunur. Rusiya rəsmiləri isə zavodun vurulduğunu hələlik təsdiqləməyib. “Nevinnomıssk Azot” Rusiyanın cənubundakı ən iri kimya müəssisələrindən biri sayılır. Zavod ammonyak, karbamid, ammonium nitrat və digər kimyəvi məhsullar istehsal edir. Analitiklər bildirirlər ki, bu məhsullar yalnız kənd təsərrüfatında deyil, həm də partlayıcı maddələrin və sursatların hazırlanmasında istifadə olunduğuna görə müəssisə “ikili təyinatlı” strateji obyekt hesab edilir. Bu, müəssisəyə qarşı ilk hücum deyil. Açıq mənbələrə görə, zavod 2025-ci ildən bəri azı bir neçə dəfə PUA hücumlarının hədəfi olub. Ötən ilin iyununda baş vermiş hücumdan sonra müəssisənin fəaliyyətinin qismən dayandırıldığı, bəzi sexlərin və antidron müdafiə sistemlərinin zədələndiyi bildirilmişdi. Son hücum fonunda Rusiya regionlarında genişmiqyaslı hava təhlükəsi elan olunub. Moskva meri Sergey Sobyanin gecə ərzində paytaxta yaxınlaşan 10 pilotsuz aparatın vurulduğunu açıqlayıb. Kaluqa vilayətində 10, Tula vilayətində isə 3 PUA-nın məhv edildiyi bildirilib.


Gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi analitik Əli Mustafadır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

Seçilən
7
1
musavat.com

2Mənbələr