AZ

Bakı WUF13-ə hazırdır-FOTOREPORTAJ  

17-22 may tarixlərində Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası keçiriləcək. Aylardır davam edən hazırlıqlar bitmək üzrədir.

WUF13 BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur. Budəfəki sessiya “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunub.

Son məlumata görə, 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib.

Paytaxt Bakının müxtəlif hissələrində WUF13 ilə bağlı məlumatverici lövhələr quraşdırılıb. İctimai yerlərdə könüllülər şəhər sakinləri və turistlərə zəruri məlumatları çatdırırlar.

Musavat.com-un əməkdaşı Bakının müxtəlif ərazilərində WUF13 ilə bağlı hazırlıqları əks etdirən kadrlar lentə alıb.

Nigar Həsənli
Fotolar müəllifindir
Musavat.com

Seçilən
44
musavat.com

1Mənbələr