AZ

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

Bu barədə Ajans.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirlər çərçivəsində şəxsi heyətə texnikanın mövsümə uyğun istismarı və texniki qulluq qaydaları öyrədilib, təhlükəsizlik tədbirləri üzrə tələblər çatdırılıb, eləcə də hərbi hissələr mərkəzləşdirilmiş qaydada zəruri ehtiyat hissələri və avadanlıqlarla tam təmin edilib.

Texniki xidmət məntəqələrində silah və texnikaların fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə elektrik sistemlərinin vəziyyəti yoxlanılıb və iqlimə uyğun yanacaq-sürtkü materialları dəyişdirilib.
Qeyd edək ki, silah və texnikanın yaz-yay mövsümü istismarı rejiminə keçidi ilə əlaqədar bütün zəruri tədbirlər planlı şəkildə həyata keçirilib.

Seçilən
51
22
Ajans.az

10Mənbələr