AZ

İngiltərə nəhəngləri onun üçün 85 milyon avro ödəyəcək?

Portuqaliyanın "Portu" klubunun vunderkindi Viktor Froholdt Premyer Liqa klublarının diqqət mərkəzinə düşüb.

Fanat.Az xəbər verir ki, "Arsenal" başda olmaqla, "Liverpul", "Nyukasl" və "Mançester Yunayted" 20 yaşlı yarımmüdafiəçini transfer etmək üçün yarışa başlayıb.

"The Sun" nəşrinin yaydığı məlumata görə, Danimarkalı futbolçunun Portuqaliya çempionatındakı möhtəşəm performansı skautların xüsusi rəğbətini qazanıb.

Geridə qalan mövsümdə Froholdt meydana çıxdığı 33 rəsmi matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Portu" ilə 2030-cu ilə qədər müqaviləsi olan istedadlı oyunçunun sərbəstqalma məbləği isə rekord həddə — 85 milyon avro olaraq müəyyən edilib.

Seçilən
26
1
fanat.az

2Mənbələr