AZ

Rusiyadan Moldovaya zərbə: Sıra Rumınyadadır Yeni qanun bunun üçünmüş...

ain.az bildirir, Bakupost portalına istinadən.

Rusiyanın xaricdə yaşayan vətəndaşlarını müdafiə etmək bəhanəsilə digər ölkələrə hərbi müdaxiləsinə “yaşıl işıq” yandıran qərarından sonra Moskva bu istiqamətdə əməli fəaliyyətə keçməyə başlayıb.

İlk belə qurban isə görünür, Moldovadır. Belə ki, Rusiya prezidenti Vladimir Putin Moldovanın separatçı Dnestryanı bölgəsinin sakinləri üçün Rusiya vətəndaşlığının alınması prosedurunu sadələşdirib. Yeni qaydalara əsasən, bölgədə yaşayan yetkin şəxslərin Rusiya vətəndaşlığı almaları üçün təkcə ərizə təqdim etmələri kifayət olacaq. Əvvəllər isə bunun üçün eyni zamanda, ölkədə uzunmüddətli yaşayış, rus dili biliyi və bir sıra digər standartlar tələb olunurdu.

Politoloq Taleh Əliyev Bakupost.az-a bildirib ki, Prezident Vladimir Putinin Dnestryanı bölgədə yaşayanlara Rusiya vətəndaşlığını verməsini sadələşdirməsi heç şübhəsiz Moldova hakimiyyətinin Rumıniyaya birləşmək və avrointeqrasiya istiqamətində atdığı praktik addımlara verilən sərt cavabıdır:

“Bu həm də gözlənilən idi. Bununla Rusiya aqressiv siyasət yürütməkdə davam etdiyini bir daha əyani şəkildə göstərir. Keçən əsrin 90-cı illərinin əvvəlində yaradılan qondarma Dnestryanı ərazi əslində Moldovanın Moskvadan uzaqlaşmasının qarşısını almağa hesablanmış süni bir problemdir. Rusiya Moldova xalqının seçiminə müdaxilə edə bilməyəcəyini anladığından, növbəti dəfə əlində olan siyasi təzyiq alətlərini işə salmağa başlayıb”.

Ekspertin fikrincə, Putin burada təkcə Dnestryanı ərazini özünə birləşdirməklə kifayətlənməyəcək:

“O, həmçinin Rumıniya ilə konflikti aktiv fazaya keçirməklə, Moldova hakimiyyətinin Avropaya inteqrasiya siyasətini dayandırmağa və Rumıniyadakı seçkilərdə rusiyayönümlü, bu alınmasa Qərbə daha aktiv inteqrasiya siyasətindən çəkinən loyal bir hakimiyyətin iş başına gətirilməsinə də çalışır. Bu da mümkün olmasa, Rusiya vətəndaşlarını müdafiə etmək adı altında Dnestryanı bölgəyə əlavə hərbi qüvvə yeritməklə, ərazinin işğalını legitimləşdirib, özünə birləşdirəcək”.

Rüfət Sultan, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
www.bakupost.az

1Mənbələr