Sportal.az saytına istinadən ain.az xəbər verir.
"Turan Tovuz"un hücumçusu Joarlem Santos bir çox klubun transfer siyahısındadır.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, braziliyalı hücumçunu "Braqa" transfer etmək istəyir.
Portuqaliya klubu ilə yanaşı, Jo üçün Braziliyadan "Braqantino" da hərəkətə keçib.
Onun bu klubların təklifinə razılıq verib-verməyəcəyi hələ ki dəqiq deyil.
Təcrübəli forvardın "Turan Tovuz"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
31 yaşlı hücumçu "Linense", "Kapivariano"(Braziliya), "Mito"(Yaponiya), “Sportinq Kovilya”, “Şaviş”(Portuqaliya) klublarının formasını geyinib.
saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.