AZ

Yağıntılı hava şəraiti nə vaxta qədər davam edəcək?


Azərbaycanın rayonlarında may ayının ikinci ongünlüyünün sonuna qədər qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 16-sı axşamdan 19-dək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, qısa müddətə güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Seçilən
23
39
yeniavaz.com

10Mənbələr