AZ

Qadınlarda infarktın kişilərdən fərqli keçdiyi və əsas təhlükə amilləri açıqlandı

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Ürək-damar xəstəlikləri arasında ən təhlükəli hallardan biri hesab olunan infarktın qadınlarda və kişilərdən fərqli xüsusiyyətlərlə təzahür etdiyi məlum olub.Demokrat.az xəbər verir ki, tibb mütəxəssisləri və kardioloqlar qadın orqanizmində infarktın tamamilə gizli və fərqli simptomlarla inkişaf edə bildiyini, bir çox qadının isə risk zonasında olduğundan belə xəbərsiz qaldığını açıqlayıblar. Ekspertlər bildirirlər ki, kişilərdə ilk infarkt halları əsasən 40-50 yaşlarında qeydə alındığı halda, qadınlarda bu təhlükə estrogen hormonunun qoruyucu təsiri sayəsində daha gec, 60-70 yaşlarında özünü büruzə veriHəkim-kardioloqların rəsmi bəyanatlarına əsasən, qadın sağlamlığına zərbə vuran və infarkta aparan ən mühüm amillərdən biri həddindən artıq emosional yüklənmə və xroniki stressdir. İş, ailə, uşaq qayğıları və gündəlik gərginlik səbəbindən qadınların sinir sistemi böyük təzyiqə məruz qalır, lakin onlar ilkin simptomlar yarananda belə həkimə müraciəti son ana qədər təxirə salırlar. Kişilərdən fərqli olaraq, qadınlarda infarkt zamanı döş qəfəsinin arxasında kəskin və şiddətli ağrılar olmaya bilər. Bunun əvəzinə qəfil inkişaf edən zəiflik, təngnəfəslik və nəfəs almaqda çətinlik kimi əlamətlər müşahidə edilir. Eyni zamanda, xroniki stress və artıq çəki qadınlarda ürəyin kiçik damarlarının zədələnməsinə yol açır ki, bu zaman yaranan diskomfort hissi çox vaxt mədə və yemək borusu ağrıları ilə səhv salınır.

Mütəxəssislər ürək sağlamlığını qorumaq üçün qadınları daha diqqətli olmağa, vaxtında dincəlməyə və həddindən artıq yüklənmədən qorunmağa çağırırlar. Hər hansı qeyri-adi halsızlıq, ürək nahiyəsində batma və ya nəfəs darlığı hiss edildikdə mütləq həkim müayinəsindən keçmək tövsiyə olunur.Jalə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
demokrat.az

1Mənbələr