AZ

Bakıda sürücüləri qayda pozmağa vadar edən YOL NİŞANI: AYNA dan reaksiya FOTO VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Bakıda bəzi yol nişanlarının düzgün quraşdırılmadığı iddia olunub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd olunub ki, Ziya Bünyadov prospektinə paralel yolda quraşdırılan istiqamətləndirici nişan iki hərəkət zolağından sağa, bir zolaqdan isə düz istiqamətdə hərəkətə icazə verildiyini göstərir.

Lakin yolun geniş olması səbəbindən bəzi sürücülər nişanın tələblərinə əməl etmir və qayda pozuntularına yol verirlər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, sözügedən kəsişmədə hərəkət axınların istiqamətlər üzrə intensivliyinə uyğun təşkil edilib.

"Ərazidə bir daha monitorinq aparılacaq. Zərurət yaranacağı təqdirdə zolaqların hərəkət istiqamətləri dəyişdirilə bilər", - deyə T.Orucov vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
avtosfer.az

1Mənbələr