“Barselona”nın hücumçusu Robert Levandovski cari mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə 37 yaşlı polşalı futbolçu sosial şəbəkədə paylaşım edib.
“Çağırışlar və ağır işlə dolu dörd ildən sonra irəliləməyin vaxtı gəldi. Missiyamı tamamlamış hiss edirəm: 4 mövsüm, 3 çempionluq. İlk gündən hiss etdiyim azarkeş sevgisini heç vaxt unutmayacağam. Kataloniya mənim yer üzündəki məkanımdır. Bu gözəl dörd il ərzində yolumun kəsişdiyi hər kəsə təşəkkür edirəm. Karyeramın ən inanılmaz mərhələsini yaşamaq fürsətinə görə prezident Laportaya ayrıca təşəkkür edirəm.
“Barsa” aid olduğu yerə qayıtdı”, — deyə hücumçu yazıb.