AZ

Dəmir yollarında üztanıma ilə ödəniş sisteminin əhatəsi genişləndiriləcək

Yazını böyüt
Yazını kiçilt

İctimai nəqliyyatda ilk dəfə dəmir yollarında SİMA Pay - üztanıma ödəniş sisteminin tətbiqi ilə sərnişindaşımada yeni mərhələ başlayıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən hafta.az-a verilən məlumata görə, hazırda Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və “Koroğlu” dayanacağında tətbiq olunan SİMA Pay mərhələli şəkildə Abşeron dairəvi marşrutu üzrə digər stansiya və dayanacaqlarda, eləcə də ölkə üzrə dəmir yolu şəbəkəsində əlçatan olacaq.

Rəqəmsallaşan dəmir yolları sərnişinlərin həyatını asanlaşdırmağa, şəhər mobilliyini yenidən formalaşdırmağa və gələcəyi yaxınlaşdırmağa davam edəcək.

Seçilən
23
13
hafta.az

10Mənbələr