AZ

Kenan Doğulu otel videoları ilə şantaj edilir - 14 milyon tələb ediblər

Türkiyənin tanınmış müğənnisi Kenan Doğulu şantaj edilir.

BAKU.WS xəbər verir ki, ona tanımadığı şəxslər tərəfindən mesaj göndərilərək 14 milyon lirə pul tələb edilib.

"Sıra səndədir. Oteldəki videon və maşında nələr dediyinlə bağlı sübutlarımız var. 300 min dolları sənə dediyimiz hesaba göndər. Otel videolarını düşmən olduğunuz birində tapdıq" -deyə mesajda qeyd edilib.

Məsələnin ciddiliyini nəzərə alan Doğulu baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

O "Həyati təhlükəsizliyim yoxdur" sözləri ilə vəziyyətin ağırlığını diqqətə çatdırıb.

Aparılan araşdırmalar zamanı nömrə xəttinin xaricə aid olduğu üzə çıxıb.

Seçilən
18
far.az

1Mənbələr