Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Türkiyənin Samsun şəhərində küçəyə pilotsuz uçuş aparatı düşüb.
Ölkə.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, məlumata görə, küçədən gələn güclü səsi eşidən ərazi sakinləri dərhal 112 xidmətinə məlumat veriblər. Hadisə yerinə polis, təcili tibbi yardım və yanğınsöndürən briqadaları cəlb olunub.
Araşdırma zamanı küçəyə uzunluğu təxminən 1 metr olan qanad və quyruq hissəsinə malik pilotsuz uçuş aparatının düşdüyü müəyyən edilib.
Hadisə nəticəsində iki binanın dam örtüyünə və pəncərələrinə ziyan dəyib.
Hazırda pilotsuz uçuş aparatının kimə məxsus olduğu və hansı məqsədlə havaya qaldırıldığı araşdırılır.
Həmidə İbrahimova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.