AZ

Bakıda TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirilib - YENİLƏNİB

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Həmrəylik Forumu keçirilib.

"Report" xəbər verir ki, forumda dörd panel müzakirəsi baş tutub.

Müzakirələrdə 8 ölkədən - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri fikir mübadiləsi aparıblar.

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Həmrəylik Forumu keçirilir.

"Report" xəbər verir ki, tədbir "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı, TDT-yə üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə baş tutur.

Forumda 8 ölkədən - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edirlər.

TDT-yə üzv ölkələrin QHT-lərinin I Həmrəylik Forumu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 2025-ci il noyabrın 23-26-da Bakı və Naxçıvanda keçirilib. Tədbirdə təşkilatın tarixinə 2009-cu ildə "Naxçıvan Sazişi" ilə düşmüş, qurum üçün böyük rəmzi və mənəvi məna daşıyan Naxçıvan şəhərində TDT-yə üzv ölkələrin QHT-lərinin Platforması təsis edilib. Platformaya rəhbərlik TDT-nin hazırkı sədri kimi Azərbaycana həvalə edilib. Həmin forumda həmçinin Naxçıvanda "WUF13-ə doğru - Türk dünyasında ilk" adlı panel müzakirələri də təşkil edilib.

TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu çərçivəsində ilk dəfə Azərbaycan-Qırğızıstan, Azərbaycan-Türkmənistan, Azərbaycan-Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq forumları da gerçəkləşdiriləcək.

Ötən dövrdə - 2022-ci il mayın 19-da Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu, 2023-cü il noyabrın 27-də Füzulidə Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumu, 2024-cü il dekabrın 5-də Daşkənddə Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu, 2025-ci il noyabrın 24-də Bakıda Azərbaycan-Qazaxıstan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib. Bu forumlar Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti üçün mühüm dəyərə malikdir.

Qeyd edək ki, son altı ayda artıq ikinci dəfədir TDT-yə üzv ölkələrin QHT-ləri Azərbaycanda toplaşır.

Seçilən
5
30
far.az

10Mənbələr